“MotoGP” rəhbərliyi mayın sonu və iyunun əvvəli keçirilməli olan İtaliya və Kataloniya Qran-prilərini təxirə salıb.

Bu barədə qurumun rəsmi internet portalı məlumat yayıb. Plana əsasən yarışlar mayın 31-də Mucelloda, iyunun 7-də isə Barselonada olmalı idi. Maraqlıdır ki, “MotoGP” rəhbərliyi bir neçə gün əvvəl Xeres və Le Mandakı yarışları da təxirə salmışdı.

Beləliklə, mövsümün ilk Qran-prisinin iyunun 21-də Almaniyada keçiriləcəyi gözlənilir. Amma yenə də heç kim mövsümün məhz bu yarışla başlanacağına təminat verə bilməz.